Azərbaycanla EBRD arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Maliyyə
  • 18 yanvar, 2023
  • 14:59
Azərbaycanla EBRD arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Brovmənlə (Mark Browman) görüşüb.

"Report" xəbər verir ki, o, bu barədə özünün twitter hesabında qeyd edib.

"Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Browmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə EBRD arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik. Görüşdə 2019-2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi çərçivəsində EBRD-nin Azərbaycanda maliyyələşdirdiyi layihələr, o cümlədən maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdıq", - T.Kazımov əlavə edib.