Azərbaycanın yeganə musiqili internet televiziyasının mənfəəti kəskin artıb

Maliyyə
  • 09 oktyabr, 2023
  • 13:04
Azərbaycanın yeganə musiqili internet televiziyasının mənfəəti kəskin artıb

Azərbaycanın yeganə musiqili internet televiziyası “Muz TV Azərbaycan” MMC 2022-ci ili 137 min manat mənfəətlə başa vurub.

“Report” telekanaların maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 10,5 dəfə çoxdur.

Ötən il “Muz Tv Azərbaycan”əsas əməliyyat gəlirləri 612 min manat (əvvəlki ilə nisbətən 41,3 % çox), sair əməliyyat gəliri 11 min manat (12,7 dəfə çox), inzibati xərcləri 275 min manat (12,2 % çox), sair əməliyyyat xərcləri isə 212 min manat (20,5 % çox) təşkil edib. Telekanal mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Muz TV Azərbaycan”ın aktivləri 312 min manat olub ki, bu da illik müqayişsədə 16 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,4 % azalaraq 609 min manata, balans kapitalının çatışmazlığı isə 31,6 % azalaraq 297 min manata düşüb.

Xatırladaq ki, “Muz TV Azərbaycan” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı isə 10 manatdır.