Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb İxrac 13,4% azalaraq 8,144 mlrd. dollar, idxal 0,4% artaraq 6,178 mlrd. dollar olub
Maliyyə
20 Oktyabr , 2017 10:14
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb
Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,92% azalaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 14 321,539 mln. ABŞ dolları təşkil edib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddətdə ixrac 13,35% azalaraq 8 143,944 mln. dollar, idxal 0,38% artaraq 6 177,595 mln. dollar olub. Beləliklə, xarici ticarət dövriyyəsinin müsbət saldosu 1 966,349 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% azalma deməkdir. 

Son xəbərlər

Orphus sistemi