Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu artıb İllik müqayisədə ticarət dövriyyəsi, o cümlədən ixrac və idxal azalıb
Maliyyə
12 Yanvar , 2015 17:58
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu artıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-noyabr aylarında 36,7 mlrd. ABŞ dolları, o cümlədən ixrac 28,6 mlrd. dollar, idxal 8,1 mlrd. dollar, müsbət saldo isə 20,5 mlrd. dollar təşkil edib. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Məlumata görə, illik müqayisədə ticarət dövriyyəsinin həcmi 7,6%, ixrac 4,7%, idxal isə 16,5% azalıb. Nəticədə xarici ticarət dövriyyəsinin müsbət saldosu 0,2 mlrd. dollar, yaxud təxminən 1% artıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıq, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,6 mlrd. dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 166,8 dollara bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan rezidentləri 147 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 108 ölkəyə əmtəə ixrac, 135 ölkədən idxal olunub.

Xatırladaq ki, xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləri olub.

Son xəbərlər

Orphus sistemi