Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2,7 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2,7 dəfə azalıb ​​​​​​​Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb
Maliyyə
16 May , 2024 11:35
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2,7 dəfə azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % azalıb, idxal isə 3,1 % artıb.

Son nəticədə xarici ticarətdə 2 milyard 703 milyon 818,66 min ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə azdır.

Son xəbərlər

Orphus sistemi