Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb

Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 49 780,0 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
449
27 Oktyabr , 2020 16:16
Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 49 780 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87%-i və yaxud 43 288,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 491,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 120,4 milyon ABŞ dolları və yaxud 0,2% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 65,3 milyon ABŞ dolları və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 55,1 milyon ABŞ dolları və yaxud 0,8% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 221,25 milyon ABŞ dolları və yaxud 2,5% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 764,2 milyon ABŞ dolları və yaxud 1,8%, AMB-nin valyuta ehtiyatları isə 457,3 milyon ABŞ dolları və yaxud 7,6% artım nümayiş etdirib.

ARDNF-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.10.2020

43 288,6

6 491,4

49 780,0

01.07.2020

43 223,3

6 436,3

49 659,6

01.04.2020

41 349,5

6 393,8

47 743,3

01.01.2020

43 323,3

6 258,0

49 581,3

01.10.2019

42 524,4

6 034,1

48 558,5

Son xəbərlər

Orphus sistemi