Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxındır

Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxındır Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 49659,6 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
16 İyul , 2020 14:49
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxındır

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 49 659,6 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87%-i və yaxud 43 223,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 436,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 916,3 milyon ABŞ dolları və yaxud 4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 873,8 milyon ABŞ dolları və yaxud 4,5%, AMB-nin valyuta ehtiyatlarında isə 42,5 milyon ABŞ dolları və yaxud 0,7% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 256,5 milyon ABŞ dolları və yaxud 2,6% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 759,6 milyon ABŞ dolları və yaxud 1,8%, AMB-nin valyuta ehtiyatları isə 496,9 milyon ABŞ dolları və yaxud 8,4% artım nümayiş etdirib.

 

ARDNF-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)

AMB-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)

Azərbaycanın
valyuta ehtiyatları
(milyon ABŞ dolları)

01.07.2020

43 223,3

6 436,3

49 659,6

01.04.2020

41 349,5

6 393,8

47 743,3

01.01.2020

43 323,3

6 258,0

49 581,3

01.10.2019

42 524,4

6 034,1

48 558,5

01.07.2019

42 463,7

5 939,4

48 403,1

Son xəbərlər

Orphus sistemi