Azərbaycanın un istehsalçısı mənfəətdən zərərə keçib
- 08 iyun, 2022
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
“Karat Holdinq” MMC 2021-ci ili 1,367 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 4,287 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Karat Holdinq”in satışdan gəliri 75,916 milyon manat (illik müqayisədə 8 % az), sair əməliyyat gəlirləri 7,444 milyon manat (53,2 dəfə çox), istifadə edilmiş material ehtiyatları 81,359 milyon manat (8,4 % çox), işçi heyəti üzrə xərcləri 1,647 milyon manat (3,6 % çox), amortizasiya xərcləri 197 min manat (8,8 % az), sair əməliyyat xərcləri 1,523 milyon manat (11,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Karat Holdinq”in aktivləri 71,306 milyon manat olub ki, bu da,illik müqayisədə 4,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 7,1 % azalaraq 42,871 milyon manata, balans kapitalı isə 0,8 % azalaraq 28,435 milyon manata düşüb.
Xatırladaq ki, “Karat Holdinq” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 336 min manat, qanuni təmsilçisi isə İqdam Əliş oğlu Umudovdur. Holdinqə "Karat" MTK, "İdeal" MMC, "Azİnvest Tikinti Şirkəti", "Everest-M", "Şin Servis" MMC, "Karmen" MMC, "Hökməli Makaron Fabriki", "Hökməli Kisə Fabriki", "ASTEL" MMC, "Quşçuluq Fabrikləri", "Gəncə Fatoğlu un dəyirmanı", "Marina Plaza oteli" və "Premium market" şirkətləri daxildir