Azərbaycanın tədiyyə balansının qalığı 2,5 milyard dollara yaxınlaşıb

Azərbaycanın tədiyyə balansının qalığı 2,5 milyard dollara yaxınlaşıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 2 437 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 1 803,7 milyon dollarlıq kəsir yaranmışdı.
Maliyyə
9 Dekabr , 2021 10:31
Azərbaycanın tədiyyə balansının qalığı 2,5 milyard dollara yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 2 437 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 1 803,7 milyon dollarlıq kəsir yaranmışdı.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 939,1 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), kapital hesabındakı 4,5 milyon dollarlıq kəsir (40,8 % az), maliyyə hesabındakı 1 457,5 milyon dollarlıq kəsir (30,8% az), balanslaşdırıcı maddələr üzrə 40,1 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq) hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi