Azərbaycanın tədiyyə balansında I yarımildə 648 milyon dollar profisit yaranıb

Azərbaycanın tədiyyə balansında I yarımildə 648 milyon dollar profisit yaranıb Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 648,1 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
12 Sentyabr , 2024 12:28
Azərbaycanın tədiyyə balansında I yarımildə 648 milyon dollar profisit yaranıb

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 648,1 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 dəfə azdır.

Ümumi profisit ölkənin cari əməliyyatlar balansındakı 2 milyard 625,3 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 49,1 % az), kapital hesabındakı 0,5 milyon dollarlıq profisit (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 2 milyard 209,4 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), balanslaşdırıcı maddələr üzrə 231,7 milyon dollarlıq profisit (1 il bundan əvvəl kəsir olub) hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi