Azərbaycanın sığorta sektoru bu ilin I yarısında 98 milyon manat xalis mənfəət əldə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon manat və yaxud təxminən 20 % çoxdur.
O cümlədən, qaytarılan sığorta haqları və işlərin aparılması xərcləri fonunda həyat sığortası şirkətlərinin xalis mənfəəti 5 milyon manat və yaxud təxminən 11 % azalaraq 41 milyon manat, qeyri-həyat sığorta şirkətlərinin xalis mənfəəti 9 milyon manat və yaxud təxminən 28 % artaraq artaraq 41 milyon manat, “AzRe Təkrarsığorta” şirkətinin xalis mənfəəti isə 12 milyon manat və yaxud 5 dəfə artaraq 15 milyon manat olub.