Azərbaycanın sığorta bazarının həcmi 6% azalıb

Azərbaycanın sığorta bazarının həcmi 6% azalıb Sığorta ödənişlərində isə 10% artım baş verib
Maliyyə
17 Mart , 2017 18:00
Azərbaycanın sığorta bazarının həcmi 6% azalıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 23 sığorta şirkətinin xətti ilə 103,8 mln. manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6% azdır.

Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 43,9 mln. manat olub. Bu isə 1 il əvvələ nisbətən 10,2% çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 42,3 manatını müştərilərinə geri qaytarıblar. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 36 manat olub. 

Son xəbərlər

Orphus sistemi