Azərbaycanın sığorta bazarı 4% böyüyüb

Azərbaycanın sığorta bazarı 4% böyüyüb Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 201,174 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
7 May , 2019 18:00
Azərbaycanın sığorta bazarı 4% böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 201,174 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

3 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 46,234 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,3% azdır.

2019-cu ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,2 manat olub.

Son xəbərlər

Orphus sistemi