Azərbaycanın sığorta bazarı 14 % böyüyüb

Azərbaycanın sığorta bazarı 14 % böyüyüb Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
23 Fevral , 2023 15:44
Azərbaycanın sığorta bazarı 14 % böyüyüb

Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.

Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,3 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat olub.

Son xəbərlər

Orphus sistemi