Azərbaycanın saat satıcısı və istehsalçısı maliyyə vəziyyətini açıqlayıb
- 01 noyabr, 2024
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
“VMF” şirkəti bu ilin I yarısını 65,5 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə azdır.
Yanvar-iyun aylarında “VMF”in vergiyəqədərki mənfəəti 81,9 min manat (illik müqayisədə 4,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 16 min manat (4,6 dəfə az) təşkil edib.
Bu il iyulun 1-nə “VMF”in aktivləri 7,665 milyon manat olub ki, bu da illik müqayisədə 30,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 79,7 % artaraq 3,59 milyon manata, balans kapitalı isə 4,6 % artaraq 4,075 milyon manata çatıb.
Xatırladaq ki, “VMF” 1998-ci ildə dövlət qeydiyyatına alınıb, Azərbaycanın saat satıcısı və istehsalçısdır. Onun nizamnamə kapitalı 20 min manatdır.