Azərbaycanın qiymətli kağızlar bazarı 40% kiçilib - ƏLAVƏ OLUNUB

Azərbaycanın qiymətli kağızlar bazarı 40% kiçilib - ƏLAVƏ OLUNUB Bu ilin yanvar-iyun aylarlarında Azərbaycanın qiymətli kağızlar bazarında 4917,1 milyon manatlıq əməliyyat aparılıb.
Maliyyə
24 İyul , 2020 13:17
Azərbaycanın qiymətli kağızlar bazarı 40% kiçilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 12:54-də verilib

Bu ilin yanvar-iyun aylarlarında Azərbaycanın qiymətli kağızlar bazarında 4 917,1 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,9% azdır.

Yarım illik göstəricinin 2 710,7 milyon manatlıq hissəsi ilkin bazarda (39% az), 2 206,4 milyon manatlıq hissəsi isə təkrar bazarda (81% çox) formalaşıb.

6 ay ərzində qiymətli kağızlar bazarında 2 383 əqd bağlanılıb. Bu illik müqayisədə 11,9% azdır. Əqdlərin 440-i ilkin bazarın (48,5% az), 1 943-si isə təkrar bazarın (5% çox) payına düşüb.

***

Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 2 963,7 milyon manatlıq hissəsi və yaxud 60,3%-i dövlət qiymətli kağızlarının, 1 193,9 milyon manatlıq hissəsi və yaxud 24,3%-i korporativ qiymətli kağızların, 759,4 milyon manatlıq hissəsi və yaxud 15,4%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 55,5% az, 10,3% çox və 73,5% çoxdur.

Ötən yarım ildə bu bazarda bağlanmış əqdlərin isə 678-i və yaxud 28,5%-i dövlət qiymətli kağızlarının, 1 265-i və yaxud 53,1%-i korporativ qiymətli kağızların, 440-ı və yaxud 18,4%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 33,7% az , 12,2% az və 80,3% çoxdur.

Son xəbərlər

Orphus sistemi