Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Maliyyə
  • 13 noyabr, 2026
  • 16:05
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 58,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.

Məhsul qruplarının adları 2026-cı ilin yanvar-oktyabr ayları, milyon manat 2026-cı ilin yanvar-oktyabr ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən
Pərakəndə ticarət dövriyyəsi 57 523,4 +3,8%
o cümlədən:

ərzaq məhsulları

28 677,3 +1,5%
içkilər və tütün məmulatları 2 381,3 +1,4%
toxuculuq məhsulları, geyim və ayaqqabılar 8 054,0 +4,2%
elektrik malları və mebellər 2 871,2 +8,7%
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 970,1 +32,6%
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 1 560,4 +21,2%
avtomobil yanacağı 3 462,5 +3,8%
digər qeyri-ərzaq malları 9 546,6 +5,0%

10 ayda alcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 %-i ərzaq məhsullarının, 4,1 %-i içkilər və tütün məmulatlarının, 14 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 5-i avtomobil yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 559,9 manatlıq, o cümlədən 302,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatlıq qeyri-ərzaq malları alıb.

44 filmi