Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq, o cümlədən 7,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
14 Aprel , 2023 13:07
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq, o cümlədən 7,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4,1 % artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,2 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 14,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

I rübdə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 %-ni təşkil edib.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin 3 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,1 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 3,5 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi