Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,7% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,7% artıb Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 460,0 milyon manatlıq, o cümlədən 14 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
10 Sentyabr , 2021 12:15
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,7% artıb

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 460,0 milyon manatlıq, o cümlədən 14 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 3,1 % artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-avqust aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 26 460,0 102,7
o cümlədən:
ərzaq məhsulları 12 969,0 102,6
içkilər və tütün məmulatları 1 377,9 100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 3 684,7 100,7
elektrik malları və mebellər 1 402,9 101,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 232,4 121,1
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 580,5 131,4
avtomobil benzini və dizel yanacağı 1 609,7 103,0
digər qeyri-ərzaq malları 4 602,9 102,0

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 %-i ərzaq məhsullarının, 5,2 %-i içkilər və tütün məmulatlarının, 13,9 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 %-i avtomobil benzini və dizel yanacağının, 5,3 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub

2021-ci ilin yanvar-avqust aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 %i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,3 %-i isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 24,6 % artmış, fərdi sahibkarlar üzrə 0,9 %, bazar və yarmarkalarda 9,2 % azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 330,3 manatlıq, o cümlədən 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları alıb

Son xəbərlər

Orphus sistemi