Azərbaycanın nəqliyyat müəssisəsinin səhmləri 6 dəfə bahalaşıb

Azərbaycanın nəqliyyat müəssisəsinin səhmləri 6 dəfə bahalaşıb Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Çörək Nəqliyyat” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb. Bu barədə “...
Maliyyə
30 Yanvar , 2017 17:26
Azərbaycanın nəqliyyat müəssisəsinin səhmləri 6 dəfə bahalaşıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Çörək Nəqliyyat” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb. Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, ədqlər müəssisənin 90 səhminin realizə edilməsini nəzərdə tutur. Bunlardan 50-si nominal qiymətə - 2 manata, 40-ı isə 6 dəfə baha – 12 manata alınıb-satılıb.

Xatırladaq ki, “Çörək Nəqliyyat” 1999-cu ildə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalının məbləği açıqlanmır.