Azərbaycanın neft-qaz avadanlıqları istehsalçısı mənfəətini 64 % artırıb
- 15 noyabr, 2023
- 06:10
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azneftemaş" ASC ötən ili 138 min manat mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 64,3% çoxdur.
Ötən il "Azneftemaş"ın əsas əməliyyat gəlirləri 9,166 milyon manat (əvvəlki ilə nisbətən 23,3 % az), satışının maya dəyəri 8,476 milyon manat (26,6 % az), digər xərcləri isə 552 min manat (63,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azneftemaş"ın aktivləri 33,969 milyon manat olub ki, bu da illik müqayisədə 16,6% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 17,6 % azalaraq 31,317 milyon manata, balans kapitalı isə 3 % azalaraq 2,652 milyon manata düşüb.
Xatırladaq ki, "Azneftemas" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 751 min manatdır. Şirkət neft və qaz sənayesində istifadə olunan avadanlıqlar: qazıcı qurğular, yüksək təzyiqli siyirtmələr, xüsusi təyinatlı texnikalar, və muxtəlif alətlər istehsal edir. Avadanlıqlar Azərbaycanın və MDB ölkələrinin neft və qaz sənayesində istifadə olunur.