Azərbaycanın içki istehsalçısı nizamnamə kapitalını kəskin artırır

Maliyyə
  • 22 iyun, 2023
  • 12:18
Azərbaycanın içki istehsalçısı nizamnamə kapitalını kəskin artırır

Azərbaycanda içki istehsalı ilə məşğul olan “A+Co” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) səhmlərini yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 manat olan 190 min ədəd, yəni 190 min manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri "Assist Finance nvestisiya Şirkəti" AC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, “A+Co”nun nizamnamə kapitalı 20 dəfə artaraq 10 min manatdan 200 min manata çatacaq.

Xatırladaq ki, “A+Co” 1997-ci ildə yaradılıb. Onun səhmləri 100 % Məhayət Nəbiyevə məxsusdur.