Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın ikinci mobil rabitə operatoru olan "Bakcell" MMC-nin 40 mln. manat həcmində adlı faizli sənədsiz təmin edilməmiş istiqraz emissiyasının prospekti dövlət qeydiyyatına alınıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 40 min ədəd sayla buraxılan istiqrazların buraxılışı AZ2002009465 nömrəsi ilə qeydiyyata alınıb. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Qeyd edək ki, "Bakcell" şirkəti 1994-ci ildə fəaliyyətə başlayıb.