Azərbaycanın mikromaliyyə sektoruna yeni təsisçilər gəlib

Azərbaycanın mikromaliyyə sektoruna yeni təsisçilər gəlib "M Bulak" MMC BOKT-un yeganə təsisçisi - Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkəti payını 2 fiziki şəxsə satıb
Maliyyə
20 May , 2021 10:50
Azərbaycanın mikromaliyyə sektoruna yeni təsisçilər gəlib

"M Bulak" MMC bank olımayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi - Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkəti payını 2 fiziki şəxsə satıb.

"Report" xəbər verir ki, bunlar 4,07% payla Babırjan Tolbayev və 95,93% payla Aleksey Kokarevdir.

Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi