Azərbaycanın məşhur mağazalar şəbəkəsi 10 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 07 mart, 2022
  • 11:14
Azərbaycanın məşhur mağazalar şəbəkəsi 10 milyon manatlıq istiqraz buraxır

“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC yenidən istiqraz buraxmağa hazırlaşır.

Bu barədə “Report”a maliyyə bazarındakı mənbə bildirib. 

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd (10 milyon manatlıq) istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.