Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 46 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 88 %-i qədər - 61,6 milyard manat təşkil edib.
"Report" hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1 % çoxdur.
Hesabat tarixinə sektorun aktivlərinin 76,4 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 73,1 % olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 24,2 %-dən 20,8 %-ə düşüb, sığorta şirkətlərinin payı 2,5 %-dən 2,6 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2 % qalıb.
Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.