Azərbaycanın maliyyə dayanıqlığı təsdiqləndi

Azərbaycanın maliyyə dayanıqlığı təsdiqləndi “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi aralarında Azərbaycanın da olduğu emitentlər qrupunun dövüi icmalını təqdim edib.
Maliyyə
18 Dekabr , 2020 10:55
Azərbaycanın maliyyə dayanıqlığı təsdiqləndi

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi aralarında Azərbaycanın da olduğu emitentlər qrupunun dövrü icmalını təqdim edib.

“Report” xəbər verir ki, agentliyin açıqlamasına görə, reytinq komitəsinin iştirak etmədiyi icmal kredit reytinqi barədə xəbər verməyərək kredit reytinqinin dəyişməsini nəzərdə tutmur.

“Azərbaycanın kredit zərfi (Ba2 reytinqi) ölkənin “Ba3” iqtisadi gücünü əks etdirir. Bu güc orta səviyyəli rifah halını və iqtisadiyyatın karbohidrogenlərdən xeyli asılı olduğunu tarazlayır”, – sənəddə qeyd olunur.

Bununla yanaşı pul-kredit, vergi-büdcə siyasətinin tədricən daha etibarlı və səmərəli hala gəldiyi, hökumətin maliyyə dayanıqlılığı, üstəlik hökumətin birbaşa borcları və zəmanətləri Dövlət Neft Fondunun aktivləri tərəfindən örtüldüyü üçün ölkənin netto kreditor qismində güclü mövqeyi qeyd olunur.

“Moody’s Investors Service” normativ sənədlərə əsasən, bütün reytinqlərinə hər il, yaxud ehtiyac yaranarsa, ildə iki dəfə dəyişiklik edir.

Son xəbərlər

Orphus sistemi