Azərbaycanın lombard şirkətinin yeni istiqrazlarına 1 investor maraq göstərib

Maliyyə
  • 23 may, 2024
  • 11:35
Azərbaycanın lombard şirkətinin yeni istiqrazlarına 1 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin 100 min manat dəyərində yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb.

İstiqrazlara 1 investor tərəfindən 1 sifariş təqdim olunub və yerləşdirmə (100 min manat) tam baş tutub.

Qiymətli kağızlar 5 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 23 may 2029-cu ildir.

44 filmi