"Kredit Evi" 5 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 12 dekabr, 2024
  • 11:31
Kredit Evi 5 milyon manatlıq istiqraz buraxır

Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Kredit Evi” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 5 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti