Azərbaycanın lizinq şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 05 sentyabr, 2024
  • 14:30
Azərbaycanın lizinq şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sentyabrın 23-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Legion Financial” ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 13-17 sentyabr tarixlərində - 3 iş günü ərzində olacaq.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 31,9 % artaraq 3,135 milyon manatdan 4,135 milyon manata çatacaq.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmlərinin 44,5 %-i Turan İsmayılova, 31,9 %-i Ramin Süleymanlıya, 11,8 %-i Rövşən Sultanova, 11,8 %-i isə Böyükağa Məmmədov və adı açıqlanmayan fiziki şəxsə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

Son xəbərlər

Bütün Xəbər Lenti