Azərbaycanın lizinq şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb
- 16 iyul, 2024
- 08:34
İyulun 17-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Level Leasing” ASC-nin 50 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 0,5 manat olan 100 000 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək.
Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 5 % artaraq 1 milyon manatdan 1,050 milyon manata çatacaq.
Xatırladaq ki, "Level Leasing” 2023-cü ildə yaradılıb.