Azərbaycanın lizinq şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib

Maliyyə
  • 04 iyul, 2025
  • 18:01
Azərbaycanın lizinq şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

"Report" bu barədə səhmdar cəmiyyətinin illik maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, şirkətin səhmlərinin 16 %-nə nəzarət edən Nurarə Mehraliyeva-Rzayeva payını 22,67 %-ə çatdırıb, əvəzində səhmlərin 34 %-nə nəzarət edən Rəvan Cəfərov payını 27,33 %-ə endirib. Səhmlərin 50 %-i əvvəlki qaydada Səbinə Sadiqə ("Bank BTB" ASC-nin Müşahidə Şurasının sədri Rza Sadiqin qohumu) məxsusdur.

Bundan başqa, "Hermes Finance" lizinq fəaliyyəti ilə məşğul olan “Caspian Auto İmport” ASC-də payını 50 %-dən 66,67%-ə çatdırıb, “Baku Leasing” MMC-də isə payını 50 % saxlayıb.

Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır.

44 filmi