Azərbaycanın lizinq şirkətinin istiqrazlarına 7 investor maraq göstərib
- 22 sentyabr, 2023
- 10:53
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” MMC-nin 500 min manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standard seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 7 investor 500 min manatlıq 7 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.