Azərbaycanın lizinq şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 07 iyun, 2023
  • 12:51
Azərbaycanın lizinq şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyunun 12-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial" MMC istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək, 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti