Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını 5 % artırır

Maliyyə
  • 02 iyul, 2024
  • 06:31
Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını 5 % artırır

“Level Leasing” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 50 min manat dəyərində səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 0,5 manat olan 100 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 5 % artaraq 1 milyon manatdan 1,050 milyon manata çatacaq.

Xatırladaq ki, “Level Leasing” 2023-cü ildə yaradılıb. Onun səhmdarları Mənzər Qarayeva (52%), Elmira Rzayeva (19 %), Solmaz Quliyeva (19 %) və Rəqsanə Məmmədovadır (10 %).

44 filmi