Azərbaycanın kollektor agentliyinin səhmlərinə 2 investor maraq göstərib
- 29 mart, 2024
- 10:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC-nin 110 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 manat olan 110 min ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Səhmlərə 2 investor 110 min manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub, kollektor agentliyinin nizamnamə kapitalı 2,2 dəfə artaraq 90 min manatdan 200 min manata çatıb.
Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 50 %-i Yadulla Yusifova, 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.