Azərbaycanın kollektor agentliyi nizamnamə kapitalını yenidən artırır

Maliyyə
  • 28 fevral, 2024
  • 15:44
Azərbaycanın kollektor agentliyi nizamnamə kapitalını yenidən artırır

Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) yeni səhmlərini yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların informasiya memorandumuna istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 manat olan 110 min ədəd, yəni 110 min manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, "BOA Agency"nin nizamnamə kapitalı 2,2 dəfə artaraq 90 min manatdan 200 min manata çatacaq.

Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 50 %-i Yadulla Yusifova, 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.