Azərbaycanın kapital bazarı iştirakçıları Qazaxıstan təcrübəsini öyrəniblər
- 21 noyabr, 2022
- 07:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) və Birjanın üzvü olan investisiya şirkətlərinin nümayəndələri ESG - "Maliyyə bazarının inkişafı üçün yeni paradiqma" beynəlxalq maliyyə konfransı çərçivəsində Qazaxıstana səfər edərək bu ölkənin fond birjasında (KASE) olub.
“Report” xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Məlumata görə, səfərin məqsədi KASE ilə əməkdaşlıq istiqamətlərini müzakirə etmək və maliyyə bazarlarının inkişafı yönündə bilik mübadiləsi olub. Səfər zamanı Azərbaycanın kapital bazarı iştirakçıları "KASE Global" layihəsinin həyata keçirilməsi və inkişaf etdirilməsi prosesi ilə tanış olub.
Bundan başqa, KASE-də klirinq xidmətləri, hesablaşmalar, üzvlük və məlumatların açıqlanması məsələlərini əyani şəkildə göstərən bir sıra görüşlər təşkil olunub.