Azərbaycanın investisiya şirkətinin səhmdarı dəyişib - EKSKLÜZİV

Azərbaycanın investisiya şirkətinin səhmdarı dəyişib - EKSKLÜZİV “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin səhmdarı dəyişib.
Maliyyə
22 May , 2024 14:58
Azərbaycanın investisiya şirkətinin səhmdarı dəyişib - EKSKLÜZİV

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin səhmdarı dəyişib.

“Report”un əldə etdiyi məlumata görə, maliyyə qurumunun səhmlərinin müvafiq olaraq 99%-nə və 1%-nə nəzarət edən Böyük Britaniyanın “Plato Capital International Holding Limited” və Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətləri paylarını yerli investorlara satıblar.

Yeni səhmdar 99 % payla “Red Block” MMC və 1 % payla Leyla Hacıyevadır. Ötən il yaradılmış sözügedən şirkətə Tamerlan Bayramlı rəhbərlik edir. O, həm də “Plato Capital and Co.”nun direktorudur. Başqa sözlə, T.Bayramlı 2 ildir ki, direktoru olduğu investisiya şirkətinin səhmlərini əldə edib.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. Hazırda bu məbləğin 170 400 manat və yaxud 20,9 % artırılaraq 986 400 manata çatdırılması istiqamətində iş gedir. Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1,2 manat olan 142 min yeni səhm buraxılıb. Qiymətli kağızlar qapalı üsulla yerləşdirilib.

Maliyyə qurumu bazarda yeni adla fəaliyyət göstərəcək, başqa sözlə yenidən rebrendinq edəcək.

Son xəbərlər

Orphus sistemi