Azərbaycanın investisiya şirkətinin yeni istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 30 noyabr, 2021
  • 11:42
Azərbaycanın investisiya şirkətinin yeni istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Azfinance İnvestisiya Şirkəti" QSC-nin ümumi dəyəri 1 milyon manat olan yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Emitentin tədavül müddətində onları geri alması nəzərdə tutulmayıb. İstiqrazların illik faiz dərəcəsi, faizlərin hansi intervalla ödəniləcəyi isə hələ ki, açıqlanmayıb. Yalnız o məlumdur ki, fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

44 filmi