Azərbaycanın aparıcı şirkətinin istiqrazları listinqə daxil edilib
- 19 oktyabr, 2021
- 07:11
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində investorlara açıqlanacaq. 3 il müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 10,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.