Azərbaycanın inşaat şirkətinin səhmlərinə 3 investor maraq göstərib

Maliyyə
  • 18 sentyabr, 2024
  • 13:27
Azərbaycanın inşaat şirkətinin səhmlərinə 3 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Kristal Bakı” ASC-nin 990 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 manat olan 990 min ədəd səhm standard bazar seqmentində, abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 990 min manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Bununla da, şirkətin nizamnamə kapitalı 100 dəfə artaraq 10 min manatdan 1 milyon manata çatıb.

Xatırladaq ki, “Kristal Bakı” 2020-ci ildə dövlət qeydiyyatına alınıb, yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti