Azərbaycanın ilk özəl kredit bürosunun səhmdarı olmaq istəyən maliyyə qurumlarının sayı 21-ə çatıb

Azərbaycanın ilk özəl kredit bürosunun səhmdarı olmaq istəyən maliyyə qurumlarının sayı 21-ə çatıb Daha bir kommersiya bankı büroda pay almaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət edib
Maliyyə
7 Noyabr , 2016 12:01
Azərbaycanın ilk özəl kredit bürosunun səhmdarı olmaq istəyən maliyyə qurumlarının sayı 21-ə çatıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha biri ölkədə yaradılması gözlənilən ilk özəl kredit bürosunda pay almaq üçün Azərbaycan Banklar Assosiasiyasına (ABA) müraciət edib. Bu barədə "Report"a ABA-dan bildirilib.

Məlumata görə, söhbət "Amrahbank" ASC-dən gedir. Bununla da büronun səhmdarı olmaq istəyən bankların sayı 18-ə çatıb. Digər banklar "AFB Bank", "AGBank", "Atabank", "Bank Avrasiya", "Bank of Baku", "Bank Respublika", "Expressbank", "Kapital Bank", "Muğanbank", "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turanbank", "Unibank" və "Zıraat Bank (Azərbaycan)" ASC-lər, "Accessbank" və "Yapı Kredi Bank (Azərbaycan)" QSC-lərdir. Bundan başqa, "TBC Kredit" MMC bank olmayan kredit təkilatı və "PAŞA Sığorta" ASC də büroda pay almaq niyyətini bildirib.

"Çox güman ki, ilk özəl kredit bürosunda Azərbaycan tərəfinin payı bu maliyyə qurumları arasında bərabər bölünəcək", - deyə ABA-dan qeyd ediblər.

Xatırladaq ki, büronun nizamnamə kapitalının 2,2 mln. avro olması nəzərdə tutulub. Bu məbləğin 51%-ni və yaxud 1,122 mln. avronu İslandiyanın "Creditinfo" şirkəti təmin edəcək. Qalan 49%-lik hissəni və yaxud 1,078 mln. avronu isə Azərbaycandakı payçılar ayıracaq.

Qeyd edək ki, Milli Məclis oktyabrın 28-də "Kredit büroları haqqında" qanun layihəsini II və III oxunuşda qəbul edib.

Son xəbərlər

Orphus sistemi