Azərbaycanın ilk özəl kredit bürosuna il ərzində milyonlarla sorğu göndəriləcəyi proqnozlaşdırılır

Azərbaycanın ilk özəl kredit bürosuna il ərzində milyonlarla sorğu göndəriləcəyi proqnozlaşdırılır Bunu Azərbaycanın ilk özəl kredit bürosunun 51%-lik səhmdarı olan İslandiyanın "Creditinfo" şirkətinin direktoru deyib
Maliyyə
25 Noyabr , 2016 13:33
Azərbaycanın ilk özəl kredit bürosuna il ərzində milyonlarla sorğu göndəriləcəyi proqnozlaşdırılır

Bakı. 25 noyabr. REPORT.AZ/ "Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da kredit bürosunun məhsul və xidmətlərinə böyük tələbat olacağını gözləyirik".

"Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun ikinci günündəİslandiyanın "Creditinfo" şirkətinin (Azərbaycanın ilk özəl kredit bürosunun 51%-lik səhmdarı) biznesin inkişafı üzrə direktoru Paul Randel deyib.

Onun sözlərinə görə, bu növ büronun fəaliyyət göstərdiyi qonşu Gürcüstanda ötən il ərzində təxminən 21 mln. müraciət qeydə alınıb: "Halbuki, bu ölkənin əhalisi 3-4 mln. civarındadır. Eyni vəziyyəti Azərbaycanda da proqnozlaşdırırıq".

R.Randel qeyd edib ki, Azərbaycanda yaradılacaq büronın məlumat bazasına onun hüquqi şəxs olan müştəriləri ilə yanaşı, haqqında məlumat olan fiziki şəxslərə də çıxış imkanı veriləcək: "Məqsəd odur ki, insanların maliyyə savadlılığı, məsuliyyəti artsın".

Son xəbərlər

Orphus sistemi