Azərbaycanın icmal büdcəsinin gəlirləri 30 %, xərcləri isə 9 % artırılır

Azərbaycanın icmal büdcəsinin gəlirləri 30 %, xərcləri isə 9 % artırılır Azərbaycanın yenidən baxılmış 2023-cü il icmal büdcəsinin gəlirləri 42 949,1 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 9 923,4 milyon manat və yaxud 30 % çoxdur.
Maliyyə
30 May , 2023 14:56
Azərbaycanın icmal büdcəsinin gəlirləri 30 %, xərcləri isə 9 % artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il icmal büdcəsinin gəlirləri 42 949,1 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 9 923,4 milyon manat və yaxud 30 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, icmal büdcənin xərcləri 41 213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 244,5 milyon manat və yaxud 8,5 %, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6 140,3 milyon manat və yaxud 17,5 % çoxdur.

İcmal büdcə 4 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 678,9 milyon manat əlavə gəlirləri hesabına 1 735,3 milyon manat qalıq yaranacaq.

İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 7 346,6 milyon manat və yaxud 81,7 % artırılaraq 16 337,5 milyon manat məbləğində nəzərdə tutulur.

ARDNF-in büdcəsinin xərcləri 11 812,9 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 457,7 milyon manat və yaxud 4 % çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4 milyon manat (0,1 %) artırılmaqla 6 268,0 milyon manat təşkil edəcək.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 milyon manat (2,4 %) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.

Naxçıvan MR-nın büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur. Yuxarıdakı səbəblərə görə muxtar respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və yaxud 6,2 % azaldılıb. Bunlar nəzərə alınmaqla, Naxçıvan MR-nın büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və yaxud 1,6 % manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək.

Yenilənmiş icmal büdcənin və dövlət borcunun müvafiq parametrləri büdcə qaydası üzrə 2023-cü ilin sonuna müəyyən edilmiş yuxarı hədlərini gözləyir.

Son xəbərlər

Orphus sistemi