Azərbaycanın əksər sığorta şirkətləri auditorunu dəyişib

Maliyyə
  • 10 avqust, 2024
  • 09:45
Azərbaycanın əksər sığorta şirkətləri auditorunu dəyişib

“Xalq Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətindən 9-u, eləcə də “AzRe Təkrarsığorta” ASC 2023-cü ilin maliyyə hesabatlarının auditini 2022-ci ildəkindən fərqli şirkətə etibar edib.

“Report” xəbər verir ki, qalan 7 sığorta şirkəti isə eyni auditorla işləməyə davam edib. Bu baxından sığorta sektorunun əsas seçimi “Caspian Consulting & Partners” və “Grant Thornton” olub. Bu auditorların hər biri ilə 4 sığorta şirkəti əməkdaşlıq edir. Növbəti yerlərdə “KF Audit” (2 sığorta şirkəti), KPMG (1 sığorta şirkəti), “FCHain Audit” (1 sığorta şirkəti), “KH.J.A Audit-Consultinq Xidməti” (1 sığorta şirkəti), “Economic CHA” (1 sığorta şirkəti), “ANR Audit” (1 sığorta şirkəti), sərbəst auditorlar Gülnarə Yusifova və Elnur İbrahimov (hər biri 1 sığorta şirkəti) qərarlaşıb.

“Xalq Sığorta” auditorunu açıqlamayıb.

Sığorta şirkətləri

Şirkətin auditoru

2023

2022

1

Aqrar Sığorta

FCHain Audit

FCHain Audi

2

A-Qrup Sığorta

Caspian Consulting & Partners

Elvi Audit

3

Atasığorta

KH.J.A Audit-Consultinq Xidməti

KH.J.A Audit-Consultinq Xidməti

4

Atəşgah Həyat Sığorta

Grant Thornton

L.B Audit Xidməti

5

Atəşgah Sığorta

Grant Thornton

L.B Audit Xidməti

6

Azərbaycan Sənaye Sığorta

Economic CHA

Sərbəst auditor - Çingiz Abbasov

7

AzSığorta

KF Audit

M ənd J Konsaltinq

8

Bakı Sığorta

Sərbəst auditor- Gülnarə Yusifova

Sərbəst auditor- Elnur İbrahimov

9

İpək Yolu Sığorta

KF Audit

Audit Consulting 17

10

Meqa Həyat Sığorta

Grant Thornton

Grant Thornton

11

Meqa Sığorta

Grant Thornton

Grant Thornton

12

PAŞA Həyat Sığorta

KPMG

Ernst & Young

13

PAŞA Sığorta

Caspian Consulting & Partners

Ekspert Finans Konsaltinq

14

Qala Həyat Sığorta

Caspian Consulting & Partners

Caspian Consulting & Partners

15

Qala Sığorta

Caspian Consulting & Partners

Caspian Consulting & Partners

16

Xalq Həyat

ANR Audit

ANR Audit

17

Xalq Sığorta

-

-

1

AzRe Təkrarsığorta

Sərbəst auditor - Elnur İbrahimov

Caspian Consulting & Partners

Son xəbərlər

Bütün Xəbər Lenti