Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 435,5 milyon manat, xərcləri isə 13 102,7 milyon manat təşkil edib.
Maliyyə
155
19 Avqust , 2019 18:11
Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 435,5 milyon manat, xərcləri isə 13 102,7 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 12,5% çoxdur.

Son nəticədə büdcədə 667,2 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-iyun aylarının yekunu ilə müqayisədə 121,7 milyon manat çoxdur.

Orphus sistemi