Azərbaycanın dövlət büdcəsinin icrasında ÜDM-in 2,8%-i qədər profisit yaranıb

Azərbaycanın dövlət büdcəsinin icrasında ÜDM-in 2,8%-i qədər profisit yaranıb Büdcənin gəlirləri xərclərini 654 mln. manat üstələyib
Maliyyə
16 May , 2018 14:53
Azərbaycanın dövlət büdcəsinin icrasında ÜDM-in 2,8%-i qədər profisit yaranıb
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 619,9 mln. manat, xərcləri 5 966 mln. manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir. 

Büdcənin icrasında 653,9 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 2,8%-i qədər profisit yaranıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 27,1% artaraq 4563,4 mln. manata, xərcləri isə 12,7% artaraq 4408,0 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 155,4 mln. manatlıq profisit ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi