Azərbaycanın dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddən 8,8 faiz bəndi az olub

Azərbaycanın dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddən 8,8 faiz bəndi az olub Bu ilin I yarımilinin sonuna dövlət borcunun ÜDM-yə nisbəti 21,2 % təşkil edib.
Maliyyə
18 Oktyabr , 2024 18:14
Azərbaycanın dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddən 8,8 faiz bəndi az olub

Bu ilin I yarımilinin sonuna dövlət borcunun ÜDM-yə nisbəti 21,2 % təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Bu, büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-yə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 8,8 faiz bəndi az olub. Bununla da strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-yə nisbətinin 30 %-lik yuxarı həddi gözlənilib.

2024-cü il iyulun 1-nə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib, proqnozlaşdırılan ÜDM-in 7,5 %-inə, məcmu dövlət borcunun isə 35,5 %-inə bərabər olmuşdur.

Hesabat dövründə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 099,9 milyon ABŞ dolları və ya 17 % artıb. Daxili dövlət borcu 16 milyard 571,9 milyon manat təşkil edib, ÜDM-in isə 13,7 %-inə, məcmu dövlət borcunun isə 64,5 %-inə bərabər olub.

Son xəbərlər

Orphus sistemi