Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı azalıb

Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı azalıb Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 530,4 milyon manat təşkil edib.
Maliyyə
30 Yanvar , 2021 16:45
Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı azalıb

Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 530,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1 %, ötən il yanvarın 1-nə nisbətən isə 5 % azdır.

Hesabat tarixinə kredit qoyuluşunun 11 380,5 milyon manatı və yaxud 78,3 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 7,8 % azdır.

Dövlət banklarının kredit qoyuluşu isə 2 776,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 8,4 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,3 %-dən 19,1%-ə enib.

Ötən ilin sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 373,4 milyon manat olub. Bu isə illik müqayisədə 6 % azdır. İl ərzində BOKT-lərin kredit qoyuluşundakı xüsusi çəkisi dəyişməyərək 2,6 % qalıb.

Son xəbərlər

Orphus sistemi